Azərbaycan Ordusunun cəbhədə erməni hərbi
birləşmələrinin təxribatına verdiyi cavab Ermənistan
ictimaiyyətində ciddi narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Musa
Mikaelyan cəbhədə baş verənlərlə bağlı məqaləsində məğlubiyyət
qorxusu haqda yazıb.
Erməni şərhçi Qarabağda üçüncü müharibənin başlaması təhlükəsinə
diqqət çəkərək, Ermənistan hakimiyyətini zəiflikdə ittiham
edib.
“Baş verənlər ötən ilin aprel müharibəsindən sonra atəşin
dayandırılması ilə bağlı razılaşmanın heç bir məna kəsb etmədiyini
göstərir. Əgər konkret razılaşmalar və etibar mühiti yaradılmasa,
Ermənistan üçün ciddi təhlükələr baş verə bilər. Burada erməni
diplomatiyasının nə edəcəyi maraqlıdır. Aprel müharibəsində
məğlubiyyət təkcə cəbhədə yox, diplomatiyada da oldu. Erməni
əsgərləri təhlükənin qarşısını bir az da olsa ala bildilər, erməni
diplomatiyası isə heç nə bacarmadı”, - deyə o bildirib.
M.Mikaelyan yenə eyni hadisələrin olacağını vurğulayıb: “Biz yenə
məğlub oluruq, çünki diplomatiya üzərinə düşəni etmir. Hadisələrin
inkişafı bu nəticəni doğuracaq”.
Erməni şərhçi Qarabağla bağlı danışıqların başlanmasının
vacibliyini qeyd edib.
“Yeni razılaşma prinsip etibarilə Ermənistan üçün münasib olar”, -
deyə o bildirib.
“İrs” partiyasının sədr müavini Armen Martirosyan da erməni
hakimiyyətini məğlubiyyətdə ittiham edib.
O, Qarabağla bağlı narahat olduqlarını, yeni məğlubiyyət
gözlədiyini açıqlayıb.
Asif