İraqda 4000 İŞİD qurbanının basdırıldığı məzarlıq tapıldı

İraqda 4000  İŞİD qurbanının basdırıldığı məzarlıq tapıldı
08:04 26 Fevral 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlanıb. APA-nın  “The Telegraph”a istinadən verdiyi xəbərə görə, dərinliyi 400 metr olan çuxur Xasfa rayonunda, Mosul-Bağdad yolunun kənarında yerləşir.  

 

Məlumata görə, İŞİD terrorçuları qətlə yetirdikləri şəxsləri həmin quyuya atırmışlar. Yerli sakinlərin sözlərinə görə, terrorçular 2014-cü ildə şəhəri ələ keçirdikdən sonra kütləvi şəkildə edam etdikləri polis və hərbçilərin cəsədlərini hər dəfə bu çuxura atırmışlar. Edam proseslərinin  əksər hallarda xəndəyin yanında icra olunduğu qeyd olunur.

 

Xəndəkdə, ilkin məlumata görə, 4 minədək cəsədin olduğu ehtimal edilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR