Salyanda yanğın zamanı 2 nəfər ölüb

Salyanda yanğın zamanı 2 nəfər ölüb
08:17 26 Fevral 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb.
Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yangin-zamani-2-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR