“Ermənistan tərəfi növbəti təxribatlarını törətmək üçün müəyyən addımlar atır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan ordusunun son günlər cəbhədə törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
XİN rəsmisi qeyd edib ki, Ermənistan bu təxribatları danışıqlar
prosesindən yayınmaq üçün həyata keçirir: “Dünya artıq Ermənistanın
şıltaqlığından doyub. Status-kvo dəyişməli, işğal olunmuş ərazilər
azad olunmalıdır. Bu, regionda sülhə nail olmağa gətirib çıxarır.
Təxribatların donu yoxdur. Azərbaycan xalqı işğalda olan torpaqları
azad etmək gücünə malikdir. Biz bunu edəcəyik”.
Azərbycanın sülhsevər dövlət olduğunu deyən X.Xələfov bildirib ki,
biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. “Dünya
ictimaiyyətindən tələb edirik ki, Ermənistanın təcavüzkar
siyasətinə son qoymağa çağırılsın. Onları sülhə vadar etsinlər.
Dünyada belə nümunələr var ki, bəzi dövlətlər sülhlə razılaşmayanda
onu sülhə vadar edirlər. Bu gün həmsədrlər və digər dövlətlər
Ermənistanı sülhə vadar etməlidirlər. Vəziyyətin bu cür qalması
region üçün çox böyük təhlükə mənbəyidir. Ən azı danışıqlar
prosesinə yeni impuls verilməlidir. Bu addımlar atılmasa, regionda
sülhə nail olmaq mümkün olmayacaq”.