Bakı və Ankaranın birgə planı erməniləri QORXUYA SALDI: İrəvanın Moskvadan imdad diləyi

Bakı və Ankaranın birgə planı erməniləri QORXUYA SALDI: İrəvanın Moskvadan imdad diləyi
12:33 27 Fevral 2017
207 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Hansı ki, Bakı və Ankaranın planlarında bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var”.

Publika.az
xəbər verir ki, bu barədə I Qarabağ müharibəsində azərbaycanlılara qarşı vuruşmuş erməni general-mayor Levon Stepanyan deyib.

L.Stepanyan Türkiyə Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib.

Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər.

“Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR