Ağstafada bələdiyyəyə məxsus torpaq sahəsi yanıb

Ağstafada bələdiyyəyə məxsus torpaq sahəsi yanıb
17:59 28 Fevral 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün saat 13 radələrində Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində  söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.

Bildirək ki, yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR