İlhamə Quliyevaya görə bunu etdi: "Gedirəm" - VİDEO

İlhamə Quliyevaya görə bunu etdi: "Gedirəm" - VİDEO
18:44 28 Fevral 2017
282 Digər
Ölkə mətbuatı
A- A+

Günay İbrahimli mərhum xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib. Lent.az-ın məlumatına görə, ifaçı 106.3 radiosunun layihəsi çərçivəsində “Gedirəm” adlı mahnını yeni aranjimanda oxuyub: “Fevralı ayının 25-i İlhamə Quliyevanın ölümündən bir il ötdü. Azərbaycanlı müğənnilər bir araya gələrək mərhum xalq artistinin repertuarına müraciət etdilər. Layihəni 106.3 radiosu ərsəyə gətirib. Onlar sənətkarın mahnılarından ibarət albom hazırlayıb. Arzu xanım başda olmaqla hər kəsə təşəkkür edirəm. Bu gün “Gedirəm” adlı albom işıq üzü görəcək. Məndən başqa həmkarlarım da albomda yer alıb. Mən İlhamə xanımın “Gedirəm” əsərini səsləndirmişəm, elə albomun adı da bu mahnıyla bağlıdır. Əsərin musiqisi Novruz Aslan, sözləri Gülnarə Sarılıya məxsusdur. “Gedirəm”i yeni aranjimanına görə Vüsal Qarayevə (Vaso) təşəkkür edirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR