Kral səfərə çıxır - 456 ton baqajla

Kral səfərə çıxır - 456 ton baqajla
07:03 1 Mart 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud martda İndoneziyaya səfər edəcək.

Publika.az xəbər verir ki, səfər zamanı kralın baqajı 456 ton təşkil edəcək.

Baqajın 400 tona yaxını Bali adasına yollanacaq. Bu baqaja 2 “Mercedes” avtomobili, eləcə də 2 elektrik lifti daxildir.

Kralı səfər zamanı 1500 nəfər müşayiət edəcək. Bundan başqa, krala xidmət göstərmək üçün xüsusi olaraq 600-ə yaxın adam ayrılacaq.

Kral Salmanın səfəri martın 1-dən 9-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/189701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR