"Tottenhem"in hücumçusu Harri Keyn dünyanın ən yaxşı oyunçuları arasında olduğunu deyir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Stok Siti" ilə oyunda qollarının sayını 100-ə çatdıran gənc forvard bunları deyib:
"Mənim statistikam və qollarıma nəzər salsanız, ən yaxşılar arasında olduğumu görəcəksiniz. Yazmaq istəyəndə bunu yazın. Mümkün olanı etməyə çalışıram. Bacardığım qədər rəqib qapılarına yol tapmağa çalışacam. Hiss edirəm ki, yaxşı formadayam. Toplarımın sayını 22-ə çatdırdığım üçün şadam. Qollarımın sayını 25-30-a çatdırmaq niyyətim var. Bunun üçün çox işləmək lazımdır".
Milli.Az