Yanacaqdoldurma məntəqəsində CİNAYƏT

Yanacaqdoldurma məntəqəsində CİNAYƏT
13:04 1 Mart 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələdindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

 

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR