SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinat

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinat
13:19 1 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

"SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərliyində dəyişiklik olub. "APA-Economics" xəbər verir ki, "STAR Rafineri" zavodunun baş direktoru İbrahim Palaz "SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərinin müşaviri təyin olunub.

 

İ.Palazı isə Mesut İlter əvəzləyib.

 

Qeyd edək ki, İ.Palaz "STAR Rafineri"yədək AMOCO, "Halliburton", "Universal Pegasus", BOTAŞ kimi şirkətlərdə çalışıb.

 

M.İlter isə "STAR Rafineri"nin baş direktoru təyin olunanadək "Tüpraş" şirkətinin baş direktorunun müavini olub.

 

Qeyd edək ki, "SOCAR Turkiye Enerji A.Ş." SOCAR-ın törəməsidir. Törəmə müəssisə Türkiyə iqtisadiyyatına 18 mlrd. dollar həcmində investisiya yatırmağı planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR