Dövlət Xidmətinin idarə rəisi və keçmiş döyüşçülər şəhidin ailəsinə baş çəkib

Dövlət Xidmətinin idarə rəisi və keçmiş döyüşçülər şəhidin ailəsinə baş çəkib
15:44 1 Mart 2017
455 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hərbçilərin, bir qrup keçmiş döyüşçülərin və ictimai birlik rəhbərlərinin fevralın 25-də şəhid olmuş hərbi qulluqçu Aqşin Abdullayevin anadan olduğu Kiş kəndinə səfəri təşkil edilib.

 

Lent.az-ın verdiyi məlumata görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, “Silahlı Qüvvələrə Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu, Şəki rayon İcra Hakimiyyəti başçısının müavini, polis rəisi, Şəki şəhər prokuroru və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi iştirak ediblər.

 

“Silahlı Qüvvələrə Nəzarət” İctimai Birliyinin sədri E. Həsənli bu gün hərbçilərin və keçmiş döyüşçülərin ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını bildirib. E. Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general Arzu Rəhimov adından şəhidin atasına başsağlığı verib.

 

 Ş. Əlizamanlı isə Vətənə olan sevgidən danışaraq deyib ki, Aqşin bütün xalqın öcladıdır: “ Biz öz vətənimizi sevirik, biz o torpaqlarımızı qaytarmalıyıq və qaytaracağıq da. Çünki o torpaqlar bizim şərəfimiz, namusumuzdur. Aqşin tək bir ailənin övladı deyil, bütün xalqımızın övladıdır. Şəhidə Allahdan rəhmət diləyirik və şəhidin ailəsinə başsağlığı verirəm”.

 

Şəki İcra Hakimiyyəti başçısının müavini H. Həsənov dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu və bundan sonra da onların yanında olacağını söyləyib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR