Erməni əsgərinin ölümü ilə əlaqədar cinayət işi açılıb

Erməni əsgərinin ölümü ilə əlaqədar cinayət işi açılıb
09:47 2 Mart 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Erməni əsgəri Qurgen Sarkisyanın ölümü ilə əlaqədar onun hərbçi xidmət yoldaşı kiçik serjanta qarşı ittiham irəli sürülüb.

Milli.Az xəbər verir ki, əsgər Qurgen Sarkisyan 2 ay əvvəl - yanvarın 16-da öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnərək başından yara alıb, martın 1-də isə saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.

Ermənistan mediasının yazdığına görə, istintaq zamanı hərbi qulluqçunun yaralanması şəraiti müəyyən edilib. Əldə olunmuş sübutlar əsasında kiçik serjanta Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri görülüb. Lakin qətli törətməkdə ittiham edilən kiçik serjantın kimliyi açıqlanmır.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/522470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR