Ordumuz ermənilərin qərargahını darmadağın etdi - VİDEO

Ordumuz ermənilərin qərargahını darmadağın etdi - VİDEO
10:18 2 Mart 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR