"Azərbaycan inanılmaz dərəcədə dəyərli tərəfdaşdır"

"Azərbaycan inanılmaz dərəcədə dəyərli tərəfdaşdır"
12:04 2 Mart 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan kontr-terrorizm sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaşdır.

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini Mixayl Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.

 

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə də toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.

 

M. Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR