Azərbaycan həndbol millisi Rusiya klubuna iki dəfə məğlub olub

Azərbaycan həndbol millisi Rusiya klubuna iki dəfə məğlub olub
12:27 2 Mart 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzər qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb.
"Report"un məlumatına görə, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirib.
Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub - 23:29.
Qeyd edək ki, bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-milli-komandasi-rusiya-klubuna-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR