Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov bəzi xarici internet saytlarında Qərbi Azərbaycanın Dərələyəz mahalında guya 13-14-cü əsrlərə aid yəhudi məzarlığının olması ilə bağlı dərc olunan yazılara münasibət bildirib.
Y.Abramov Publika.az-a açıqlamasında deyib ki, sözügedən məqalədə qeyd olunanlar fakt deyil, qondarmadır:
“Onların hamısı ermənilərin uydurduğu qondarma abidələrdir. Bu ermənilərin növbəti avantürist siyasətidir. Orada yəhudi məzarlığı yoxdur. Bununla ermənilər çox mənfur siyasət aparmaq istəyir. Əgər lazım olsa, mən bunu sübut edib, erməniləri ifşa edərəm”.
Yəhudi deputat sözügedən məsələ ilə bağlı ətraflı danışmaq istəmədiyini söyləyib.
Xatırladaq ki, bu günlərdə “turbina.ru” internet portalında erməni saxtakarlığını əks etdirən rus dilində məqalə dərc edilib.
Məqalədə Qərbi Azərbaycanın Dərələyəz mahalında 13-14-cü əsrlərə aid yəhudi məzarlığının olması ilə bağlı məlumat verilir.