Almaniya səfiri Türkiyə XİN-nə çağırıldı

Almaniya səfiri Türkiyə XİN-nə çağırıldı
23:59 2 Mart 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, səfirin çağırılmasına səbəb Türkiyənin ədliyyə naziri Bekir Bozdağın Almaniyanın Qagennau şəhərində planlaşdırılan çıxışının ləğv edilməsi olub.    

 

Qeyd edək ki, Almaniyada səfərdə olan türkiyəli nazir Bekir Bozdağın Qagennau şəhərində bu gün axşam saatlarına planlaşdırılan çıxışı şəhər rəhbərliyi tərəfindən ləğv edilib.

 

Xatırladaq ki, Türkiyə əsilli alman jurnalisti Dəniz Yücəl bazar ertəsi İstanbulda həbs edilib.  O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir.

 

Almaniya kansleri Angela Merkel Ankaradan jurnalistin azad edilməsini tələb edib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR