Bir ailədən 3 nəfər xəstəxanalıq oldu - AĞIR QƏZA

Bir ailədən 3 nəfər xəstəxanalıq oldu - AĞIR QƏZA
10:19 3 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

 

Neftçalada ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 19:50 radələrində Salyan-Neftçala avtomobil yolunun Xıllı kəndindən keçən hissəsində “Tofaş” markalı, 01 BX 043 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə nömrəsiz motosiklet toqquşub. Nəticədə hər iki sürücü, eləcə də sürücülərdən birinin həyat yoldaşı və qızı xəsarət alıb.

 

Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR