Sabiq nazirin cərimə meydanına aparılan avtomobili qaytarıldı

Sabiq nazirin cərimə meydanına aparılan avtomobili qaytarıldı
14:14 3 Mart 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı məsələnin həll olunduğunu bildirib. Lent.az xəbər verir ki, sabiq nazir feysbuk səhifəsində  iki gün əvvəl baş verən problemin bu gün tamamilə həll olunduğunu yazıb.

 

“Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatı barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər" - deyə, sabiq nazir yazıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR