"Chapecoense" qəzaya uğrayan təyyarədə olmayan futbolçu ilə bağlı qərar verdi

"Chapecoense" qəzaya uğrayan təyyarədə olmayan futbolçu ilə bağlı qərar verdi
22:27 3 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Chapecoense" klubu noyabrın 29-da baş vermiş faciəvi təyyarə qəzasında komandada olmayan Alexandro Martinuççio ilə yollarını ayırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik davranışına görə 29 yaşlı hücumçunu göndərib. Argentinalı forvard "Atletico Mineiro" ilə keçirilən yoldaşlıq görüşündə oynamadığı üçün narazılıq etmişdi. "Chapecoense" rəsmilərindən biri isə onun paltardəyişmə otağına gəlməməsini hörmətsizlik kimi dəyələndirib.

Qeyd edək ki, noyabrın 29-u baş verən təyyarə qəzasında "Chapecoense"nin 3 futbolçusu - Jakson, Alan Ruşel və Neto sağ qalmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR