"VAZ" kanala aşdı: sürücü öldü

"VAZ" kanala aşdı: sürücü öldü
10:49 4 Mart 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

 

Şəmkir rayonu, Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşüb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarmış və aidiyətı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 09:30-da başa çatıb.​


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR