Yağış və qar yağacaq - SABAH

Yağış və qar yağacaq - SABAH
12:29 4 Mart 2017
368 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, martın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

 

Havanın temperaturu gecə 4-6°, gündüz 7-11°, Bakıda gecə 4-6°, gündüz  8-10° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 5-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR