Yol qəzasında 2 nəfər öldü

Yol qəzasında 2 nəfər öldü
12:44 4 Mart 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Martın 3-də saat 19 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Zəyəm qəsəbə sakini Vidadi Vəliyev vurulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, V. Vəliyev hadisə yerində ölüb.
 

Həmçinin, martın 3-də saat 14 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Tovuz rayon sakini Cavad Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qax rayon sakini Fariz Əliyevi vurub. F. Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hər iki fakt üzrə araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR