22 200 siqareti Azərbaycana gətirmək istədi - FOTO

22 200 siqareti Azərbaycana gətirmək istədi - FOTO
14:53 4 Mart 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Gömrükdə Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR