Azərbaycanlı iş adamının restoranı partladıldı - Ukraynada

Azərbaycanlı iş adamının restoranı partladıldı - Ukraynada
15:14 4 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

 

Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

 

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

 

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

 

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

 
 
 
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR