“Tottenhem”in futbolçusu “Mançester Yunayted”ə keçə bilər

“Tottenhem”in futbolçusu “Mançester Yunayted”ə keçə bilər
15:19 4 Mart 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

“Tottenhem”in futbolçusu Erik Dayer komandasını dəyişə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində Dayerin oyununu bəyəndiyini və onu ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra hərəkətə keçən Mançester təmsilçisi qarşı tərəflə danışıqlara başlayıb. “Mançester Yunayted” Dayerin keçidini yayda həll etmək niyyətindədi.

 

Qeyd edək ki, 2014-cü ildən “Tottenhem”də çıxış edən Dayer 2015-ci ildən İngiltərə yığmasının da şərəfini qoruyur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR