800 uşağın basdırıldığı yer aşkarlandı - FOTOLAR

800 uşağın basdırıldığı yer aşkarlandı - FOTOLAR
00:28 5 Mart 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

İrlandiyada yerli hakimiyyət dairələri vaxtilə katolik sğıınacaq olmuş məkanda kütləvi uşaq məzarlığı aşkarlayıblar.

Milli.az bildirir ki, Qoluey qraflığındakı Tuam şəhərinin yaxınlığında, "Bon Secours Mother and Baby Home" katolik uşaq sığınacağının bağında 800 uşağın qalıqları çıxarılıb. 20 məzarda dəfn olunmuş uşaqlar 8 ay-3 yaş arasında olublar. Uşaqların əksəriyyəti xəstəlikdən və daim yarıac qalmaqdan ölüblər.

Kilsənin himayəsində olan sığınacaqların fəaliyyətini araşdıran komissiyadan verilən məlumata görə, 1925-1998-ci illərdə İrlandiyada 18 belə qurum olub. Mütəxəssislər ekspertiza aparmaq üçün kütləvi məzarlıqdan sümük fraqmentləri və torpaq nümunələri götürüblər.

Sığınacaq əvvəllər "Bon Secour" katolik ordeninə məxsus olub və 1961-ci ildə qapadılıb. Ekspertlərin fikrincə, uşaqlar 1950-ci illərdə vəfat ediblər.















Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/190183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR