Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?
Publika.az faktxeber.com-a istinadən bildirir ki, ilk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi.
Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən
həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu
kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara
baxanda yaşayırıq.
Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ
burasındadır ki, yaşıl və mavi rəng spektrində qırmızıya əksdir.
Əməliyyat zamanı həkimlər məhz qana baxırlar.
Beləliklə, yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini
aydınlaşdırır, həmçinin qırımızı rəngə qarşı daha həssas edir. Bu
da əməliyyat zamanı səhv ehtimalını azaldır.