Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
12:29 5 Mart 2017
204 Digər
Ölkə mətbuatı
A- A+

Martın 06-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti,  gündüz 8-12° isti olacaq.

 

Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR