Güclü külək müşahidə kameralarını yerə tökdü - BAKIDA - FOTOLAR

Güclü külək müşahidə kameralarını yerə tökdü - BAKIDA - FOTOLAR
14:44 5 Mart 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb.

 

Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub.

 

Qəza yeni baş verdiyindən hələ ki, heç bir tədbir görülməyib, elektrik dirəyi küçənin ortasında qalıb.

 

Şəkillərdən də göründüyü kimi, müşahidə kameraları zədələnib.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR