Yevlaxda maşın, Şəki və Hacıqabulda ev yandı

Yevlaxda maşın, Şəki və Hacıqabulda ev yandı
08:59 6 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Yevlax rayonunda vətəndaşa məxsus "AUDİ" markalı minik avtomobilinin idarəetmə lövhəsi qismən yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şəkinin Baş Göynük kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hacıqabul rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR