Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı geniş müzakirələr başlayıb. Xüsusilə seçki
öncəsi vəziyyətdə siyasi partiyalar əhalinin istəyinə uyğun
bəyanatlar verirlər.
Publika.az xəbər verir ki, Ermənistanın “lragir”
saytı “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ilk
belə bəyanat verdiyini yazıb.
Petrosyan ötən ilin dekabrında bəyan etmişdi ki, “Qarabağı
qaytarmalı və sülh bağlamalıyıq”.
Daha sonra Petrosyan seçkilərə “Qarabağda sülh” şüarı ilə
getdiklərini açıqladı.
Sayt yazır ki, Petrosyanın bu mövqeyi təsadüfi deyil və Ermənistan
əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir.
“Ermənistanda heç bir valideyn oğullarını döyüşə göndərmək
istəmir. “Erməni Milli Konqresi” bu ictimai əhval-ruhiyyəni
əvvəlcədən öyrəndi və məhz həmin elektoratın, hansı ki, kifayət
qədər çoxluq təşkil edir, səsini almaq üçün Qarabağın qaytarılması,
sülhün əldə edilməsi və “sülh olarsa, sizin övladlarınız da
ölməyəcək” kimi təkliflərlə çıxış etdi. İstisna deyil ki, övladını
Qarabağda döyüşə göndərmək istəməyən valideynlər bu təkliflərə səs
verəcək”, - deyə sayt yazıb.
Ermənistan saytının yazdıqları da aydın göstərir ki, sadə ermənilər
Qarabağı istəmir, əksinə, onlar Azərbaycan torpaqlarının
qaytarılmasını tələb edirlər. Təki öz övladları Sarkisyan
rejiminin, dolayısı ilə “Qarabağ klanı”nın hakimiyyətdə qalmasına
işləyən mənasız müharibədə həlak olmasın. Erməni valideynlərinin
əsas istəyi budur.
Asif