Yoldakı reklam lövhəsində porno yayımladılar - FOTO

Yoldakı reklam lövhəsində porno yayımladılar - FOTO
13:24 6 Mart 2017
180 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada yol kənarında yerləşdirilən reklam lövhəsində pornoqrafik video yayımlanıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şəhərin paytaxtı Mexiko şəhərində "Periferico Sur" küçəsindən keçən sürücülər yol kənarındakı elektron reklam lövhəsində gördükləri qarşısında şok olub.

Lövhədə yayımlanan porno videonu izləmək üçün sürəti aşağı salan sürücülərin ucbatından yolda uzun tıxac yaşanıb. Ekrandakı erotik görüntülərin mobil telefonla qeydə alındığı və sosial şəbəkələrdə paylaşıldığı bildirilir.

 

Reklam lövhəsinin sahibi "Grupo Carteleras" şirkəti sistemlərinin haker hücumuna məruz qaldığını bildirərək yaşanan xoşagəlməz hal üçün üzr istəyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR