Qubada ƏMƏLİYYAT: 23 nəfər saxlanıldı

Qubada ƏMƏLİYYAT: 23 nəfər saxlanıldı
13:32 6 Mart 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda qanunla qadağan edilən dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini Tehran Əmiraslanov qanunla qadağan edilmiş dini təriqətlərdən birinin təbliği ilə məşğul olurmuş. O, bu məqsədlə evində yığıncaq təşkil edib. Hüquq-mühafizə orqanının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı yığıncaqda iştirak edən təşkilatçı ilə bərabər 22 nəfər saxlanılıb.

Evdən qanunla qadağan edilmiş 54 ədəd dini kitab və 16 ədəd audi kaset aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR