İldə 1,7 milyon körpə ölür: uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI

İldə 1,7 milyon körpə ölür: uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI
15:24 6 Mart 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

5 yaşına qədər hər 4 uşaqdan birinin ölüm səbəbi qeyri-sağlam ətraf mühitlə əlaqələndirilir.

 

Lent.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda qeyd edilib.  Belə ki, dünyada hər il ekoloji risklər – hava çirkliliyi, siqaret tüstüsünə məruz qalmaq, çirkli su, kanalizasiyanın olmaması və qeyri-kafi gigiyena 5 yaşına qədər 1,7 milyon uşağın ölümünə səbəb olur.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir ki, 1 aydan 5 yaşa qədər uşaqlar arasında ən geniş yayılmış ölüm səbəbləri sırasında diarreya, malyariya və pnevmoniya yer alır.

Uşaqların tam formalaşmamış immunitet sistemi, inkişaf etməkdə olan orqanları, balaca bədən və hava yolları onları çirkli havaya qarşı daha həssas edir.

Çirkli hava riskləri ana bətnində ikən təsirini göstərməyə başlayır və hətta erkən doğuşa da səbəb ola bilər.

Körpələr və məktəbəqədər yaş dövründə olan uşaqlar siqaret tüstüsünə və çirkli havaya məruz qaldıqda onlarda astma kimi xroniki tənəffüs sistemi xəstəlikləri riski daha yüksək olur. Çirkli hava uşaqlarda xərçəng , ürək xəstəliyi və iflic riskini də artırır.

 

 

ÜST uşaq ölümlərinin  5 əsas səbəbini də müəyyən edib:

 

1.  Hər il 5 yaşına qədər 570 min uşaq respirator xəstəliklərdən dolayı dünyasını dəyişir. Passiv siqaret çəkilməsi və ətraf mühitin çirklənməsi pnevmoniya kimi xəstəliklərin yaranmasına səbəb olur.

 

2. Hər il 361 min uşaq diareya xəstəliyindən dünyasını dəyişir ki, keyfiyyətsiz su, sanitar və gigiyena qaydalarına riayət olunmaması uşaqlarda mədə pozulmasına və bu xəstəliyin yaranmasına səbəb olur.

 

3. Erkən doğuş isə 270 min körpənin vaxtsız ölümü ilə nəticələnir. Bildirilir ki, bu dəhşətli statistikanın qarşısını almaq üçün təmiz su, tibb  məntəqələrində sanitar və gigiyenik xidmətlərin səviyyəsi artırılmalıdır.

 

4. Hər il 0-5 yaş arasında 200 min uşağın ölüm səbəbi isə malyariyadır. Xəstəlik daşıyıcısı olan ağcaqanadların məhvi və içməli su bu xəstəliyin yayılmasının qarşısını ala bilər.

 

5. Yıxılma, zəhərlənmə, boğulma və s. kimi bədbəxt hadisələr nəticəsində isə hər il 190 mindən artıq uşaq ölür.

 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilib ki, qlobal iqlim dəyişikliyi, havada zərərli maddələrin sayının artması və s. bağlı astma xəstəliyini  yayılma dinamikası da artıb. Hazırkı rəqəmlərə görə uşaqların 11-14 % i astam xəstəliyindən əziyyət çəkir. 44 %i- i isə ətraf mühiti çirklənməsi ilə əlaqələndirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR