Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə ölkə rəsmilərindən, nüfuzlu şirkətlərdən, tanınmış şəxslərdən, ictimaiyyət və mədəniyyət xadimlərindən təbriklər gəlməkdə davam edir.
Metbuat.az-ın məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondunun prezidenti (Qırğızıstan) Nüsrət Məmmədov, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Ukrayna-Azərbaycan “Dostluq” Təşkilatının sədri Murad Ömərov, BP şirkətinin Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrel, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Təbrik müəlliflərinin sırasında hökumət strukturlarının, ali təhsil ocaqlarının rəsmilərinin adları da var. Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Xəzər Universitetinin Təsisçi Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Mehriban Əliyevanı təbrik ediblər.
Bundan başqa, təbrik edənlər arasında ölkənin ictimaiyyət və mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin təmsilçiləri də var. Xalq artisti Kamil Cəlilov, Əməkdar artist, “Natiq ritm” qrupunun bədii rəhbəri Natiq Şirinov, Rus Dram Teatrının direktoru, baş rejissor Ədalət Hacıyev və Aleksandr Şarovski, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov, “Yurddaş” partiyasının sədri Mayis Səfərli, "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" Təşkilatının sədri Lyudmila Xəlilova, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov, Azərbaycan Respublikası Prezidenti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, “Azərbaycanım” Beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva Mehriban xanım Əliyevanı təbrik ediblər.