Almeyda Azərbaycan yığmasından ayrıldı

Almeyda Azərbaycan yığmasından ayrıldı
10:49 7 Mart 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” klubunun üzvü Riçard Almeyda Azərbaycan millisinin düşərgəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, yığmanın keçirdiyi qısa müddətli məşqində braziliyalı yarımmüdafiəçi də iştirak edib.

 

Riçardın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsinə hələ icazə verilmədiyindən, cənubi amerikalı Qətərlə yoxlama oyununa yollanmayacaq. Belə ki, FİFA-nın məsələ ilə bağlı qərarının növbəti aylarda  açıqlanması gözlənilir.

 

Baş məşqçi Robert Prosinçeçkinin onu milliyə dəvət etməsində məqsəd isə yığmanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması olub. Bu prosesi arxada qoyan “sambaçı” Qətərə yola düşəcək komandadan ayrılıb.

 


Qeyd edək ki, millimiz bu gün Qətərə yola düşür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR