Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edir

Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edir
12:23 7 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, parlamentin iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevada iştirak edir.

Parlamentin sədri Oqtay Əsədov onu təbrik edib:

“Bildiyiniz kimi Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdi. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarı olub, 10 minlərlə insanın azadlığa çıxması üçün öz töhfəsini verib. Eyni zamanda, Mehriban xanım həm də Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsində də xalqın millət vəkili olacaq. Mehriban xanımın bu çətin və şərəfli işində ona uğurlar arzulayırıq”.

Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib. O bildirib ki, 10 ildən artıq parlamentin üzvü olub: "Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub”.

Hazırda Mehriban Əliyevanın çıxışı davam edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR