8 mart günü hava necə olacaq? - PRONQOZ

8 mart günü hava necə olacaq? - PRONQOZ
12:24 7 Mart 2017
183 Digər
Ölkə mətbuatı
A- A+

 

Martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 3-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR