Deputat: “Mehriban Əliyeva Azərbaycanın düşmənlərini utandırıb”

Deputat: “Mehriban Əliyeva Azərbaycanın düşmənlərini utandırıb”
13:18 7 Mart 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

“Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və onlara dəstək verənləri utandırıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli parlametin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

F.İbrahimli deyib ki, Mehriban Əliyeva təkcə Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adını yazdırmış olub:

“Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini də dünya ictimaiyyətinə çatdırdı. Mehriban xanım yüksək təşkilatçılıq qabliyyəti ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim etdi. O, bu oyunları boykot edənləri, nimdaş və boz sifətləri utandırdı. Mən hörmətli Mehriban Əliyevaya gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR