Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin aprel ayında Bakıya səfəri gözlənilir.

Mətbuat.az-ın məlumatına görə, bunu Rusiyanın Diplomatiya Akademiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər böyük perspektivlər vəd edir.

Nazir qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında energetika sahəsində bir sıra hökumətlərarası sazişlər mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR