İtaliyalı kişi 8 Martda xanımına böyrəyini hədiyyə etdi

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində bir kişi öz xanımına böyrəyini hədiyyə edib.

Metbuat.az-ın verdiyi məlumata görə, italiyalı 52 yaşlı Turin sakini genetik xəstəlikdən əziyyət çəkən 44 yaşlı qadına donor olub.

Məlumatda qeyd olunur ki, həkimlər iki ay əvvəl qadının böyrəyində sağalmaz xəstəlik aşkar edib. Keçirilən analizlərdən sonra həmin kişinin qadına donor ola biləcəyi məlum olub. Əməliyyat uğurla həyata keçirilib.

Həkimlər kişinin bu addımını 8 mart bayramı ilə əlaqədar jest adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR