Ayı 50 yaşlı kişiyə hücum etdi - ŞƏKİDƏ

Ayı 50 yaşlı kişiyə hücum etdi - ŞƏKİDƏ
19:04 7 Mart 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.
 
 APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.
 
Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR