Duzun azlığı ölüm riskini artırır

Duzun azlığı ölüm riskini artırır
21:49 7 Mart 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

Son illər dünya mütəxəssisləri duzun yalnız ziyanından danışırlar. Onlar israrla duzun miqdarını azaltmağı məsləhət görürlər. Amma rasionda duzun miqdarının çox az olmasının fəsadlarından heç kəs danışmır. Sən demə, duz çatmayanda ölümlə nəticələnən ürək tutması riski artır.

 

AZƏRTAC “medinfo.ru” saytına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə görə, duzun gündəlik dozası 5 qramdan çox olmamalıdır. Amma kanadalı ekspertlər əmindirlər ki, bu normanı artırmaq lazımdır. Makmaster Universitetinin professoru Səlim Yusif deyib ki, rasionda duzun miqdarını bu qədər azaltmağa nail olmaq mümkün deyil. Üstəlik, bu, təhlükəli fəsadlara gətirib çıxara bilər.

 

O vurğulayıb ki, rasionda duzun miqdarı çox az olanda orqanizmin təbii tarazlığı pozulur. Duzun gündəlik dozası 2,3 qramdan azdırsa, problemlər yarana bilər. Belə kardinal tədbirlərin faydası barədə isə məlumat yoxdur. S.Yusifin fikrincə, yaşlı adam gündə 7,5-12,5 qram civarında duz yeməlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR