Elmar Məmmədyarov: "Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir"

Elmar Məmmədyarov: "Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir"
02:53 8 Mart 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Azərbaycan rəsmiləri bu il qarşılıqlı səfərlər edəcəklər.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir: "Rusiya baş naziri Dmitri Medvedevin Bakıya səfəri olacaq. Çox güman ki, bizim prezidentin də Moskvaya səfəri gözlənilir".

E. Məmmədyarov prezident İlham Əliyevin Moskvaya səfərinin təşkili məsələsinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə olunduğunu da söyləyib: "Lakin bu səfərin dəqiq tarixi məlum deyil. Biz Sergey Lavrovla iki prezidentin qrafiklərinə uyğun müddəti müzakirə etdik. Lakin səfərin tarixini əvvəlcədən sizə deyə bilmərəm". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR