BP Rusiya ilə əməkdaşlığı genişləndirəcək

BP Rusiya ilə əməkdaşlığı genişləndirəcək
06:59 8 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın BP neft-qaz şirkəti  Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Hyustonda keçirilən “CERAWeek” konfransında şirkətin rəhbəri Robert Dadli bildirib.

 

“Biz Rusiya ilə əməkdaşlığı  genişləndirmək niyyətindəyik. Biz çox şey etməliyik. Biz hazırda əməkdaşlığımızın genişləndirilməsi, texnologiyalar üzərində çalışırıq və Rusiyadan kənarda xeyli işlər var”, - deyə Dadli bildirib.  

 

BP rəhbəri şirkətin Rusiyadakı hazırkı layihələrinin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, Qərbin sanksiyalarının bu layihələrə mənfi təsiri olmayıb.     

 

“Rusiyadakı layihələrimizə sanksiyalar təsir etmədi... Biz Rusiyada uzun müddətdir çalışırıq, bizə burada asandır”, - deyə Dadli qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR