Hollivudun məşhur aktrisası Nikol Kidman türk turizminin təqdimatı məqsədiylə xarici jurnallarda Türkiyəni təmsil edib.

Metbuat.az xəbər verir ki, Almaniyanın “Die Welt” və “Welt” adlı jurnallarının üz qabığında çəkilən aktrisa, martın 14-də “Pravda” jurnalında da rus oxucularını salamlayacaq.

Müsahibə zamanı Kidman, "Türkiyənin hansı bölgəsində istirahət etmək istəyərdiz?” sualına, " İstanbul deməyimi gözləyirsiniz, amma yanılırsınız. Ortaq bir tarixi paylaşırıq, ona görə də mən ən çox Gelibolunu görmək istəyirəm" cavabını verib.

Ülviyyə İNŞALLAH / Metbuat.az