Azərbaycan-ABŞ diplomatik əlaqələri ilə bağlı poçt markası buraxıldı

Azərbaycan-ABŞ diplomatik əlaqələri ilə bağlı poçt markası buraxıldı
10:18 8 Mart 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Publika.az-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR