Ancelina Coli sarımsaqlı çay ilə arıqlayır

Məşhurlar daim formada qalmaq üçün bir çox üsullara əl atır. Kimisi gözəl bədən quruluşunu etdiyi idmana, kimisi saxladığı pəhrizə, kimisi də keçirdiyi əməliyyata bağlı olduğunu deyir.

Görəsən, Ancelina Coli arıqlamaq üçün hansı üsuldan istifadə edir? Siz də bu üsulla arıqlaya bilərsiniz.

Metbuat.az məlumat verir ki, gözəl aktrisa zərifliyini sarımsaqlı çaya borcludur.

Çayı hazırlamaq üçün təzə zəncəfili soyun və 2 stəkan su ilə qarışdırın. 6 dəqiqə qaynatdıqdan sonra içərisinə 2 diş əzilmiş sarımsaq, 2 çay qaşığı bal və 2 çay qaşığı limon suyu əlavə edib qarışdırın. Çayın soyumasını gözlədikdən sonra süzün və soyuq halda için.

Aysel yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR